08.09.2024

AVMVİB Göygöl rayon şöbəsi Şəhidlər Xiyabanını ziyarət etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin üzvləri 28 May Respublika Günü ilə bağlı Şəhidlər Xiyabanını və ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.

AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov müharibə veteranlarını bayram münasibətiylə təbrik edib. Daha sonra Şəhidlər Xiyabanında müharibə veteranları şəhidlərimizin ruhuna dualar oxuyub və şəhid məzarları üzərinə gül qoyublar.

Elnur

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: