Vətən müharibəsi şəhidinin qardaşı qəfil vəfat etdi

Qazaxda Vətən müharibəsi şəhidinin qardaşı vəfat edib.
Veteran.az “qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Fərəhli kəndindən olan şəhid Əhməd Məmmədovun qardaşı Məmməd Məmmədov qəfil ürəktutmadan dünyasını dəyişib.
Qeyd edək ki, onlar iki qardaş idilər. Əhməd Məmmədov şəhid olmazdan bir neçə ay əvvəl ailə qurmuşdu, onun qardaşı Məmməd isə subay idi.