28.04.2025

Müdafiə Nazirliyi hərbi hissədən qaçıb «avtoş»luq edən əsgərlə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi hərbi hissəni özbaşına tərk edib avtoxuliqanlıq edən əsgərlə bağlı münasibət bildirib.

Nazirlikdən verilən məlumata görə, hərbi qulluqçu avtoxuliqanlıq əməllərini özünün sosial şəbəkə hesablarında paylaşıb:

«N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib. Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib.

Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycan  qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: