28.03.2024

Şəhidlər ölməz, Vətən bölünməz!

Bu gün Azərbaycanın MİLLİ QƏHRƏMANI Nöfəl Zahid oğlu Quliyevin Anım günü doğulub boya başa çatdığı Şirvan şəhərində keçirilib.

Bu tədbirə Nöfəlin döyüş yoldaşları, Bakı şəhəri Sabunçu rayonu Nöfəl Quliyevin adını daşıyan 67 nömrərli tam orta
məktəbin doqquzuncu sinif şagirdləri və müəllimləri tədbirdə iştirak ediblər.

Tədbir Şirvan şəhəri Şəhidlər xiyabanında Nöfəlin məzarını ziyyarət etməklə başladı. Bakı şəhəri 67 nömrəli məktəbin adından bağlanan əklil məzarın üstünə qoyulub, dualar oxundu.

Tədbirin davamı Nofəlin təhsil aldığı adını daşıdığı Şirvan şəhəri 9 nömrəli tam orta təhsil məktəbdə davam etdirildi. İlk növbədə Nöfəlin büstü qarşısına döyüş yoldaşlarının bağladığı əklil qoyuldu. Duallar oxundu.

Məktəbin şəhidlər həsr edilmiş stendin qarşısında ümumi tanışlıqdan sonra akt zalda Nöfəlin qəhrəmanlığı haqda döyüş yoldaşları çıxışlar etdilər.

Çıxış edən döyüş yoldaşlarından Eldar Qurbanov, Saleh İsmayılov, Məzahir Paşayev qəhrəman haqqında öz xatirələrini dəyişdilər.

Qonaqlardan polis mayoru Aidə xanım, «Arabaçı Əllilər» cəmiyyətindən İlham Məhərrəmov, İlhamə xanım, Şirvan şəhəri Nöfəl Quliyevin adını daşıyan 9 saylı məktəbin direktoru Güllü xanım, Bakı şəhəri 67 nömrəli məktəbın müəlliməsi Gülnarə xanımın adlarını qeyd etmək olar.

Tədbir sonda «Fədək» ailəvi istirahət mərkəzində ehsan süfrəsiylə yekunlaşdı.

ALLAH CƏMİ ŞƏHİDLƏRƏ RƏHMƏT ELƏSİN!

Sadiq Qədirli,
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: