Paşinyan: 24 saat ərzində Ermənistan ordusunu iki dəfə artırdıq
Cəmi 24 saat ərzində Ermənistanda mövcud Silahlı Qüvvələrə bərabər olan başqa bir ordu meydana gəlib.
Ermənistan baş naziri Nikol Paşinyan ehtiyatda olan hərbçilər üçün keçirilən strateji təlimlərdə çıxış edərkən bu sözləri deyib.
“Bu günlərdə Ermənistanda respublikamızın tarixində misli görünməmiş hərbi təlimlər keçirilir. Onların praktiki məqsədi təkcə silahlı qüvvələrimizi deyil, cəmiyyətimizin ümumi döyüş hazırlığını qiymətləndirməkdir. Onların nəticə etibarilə daha qənaətbəxş etdiyini deyə bilərik”, – deyə Ermənistan hökumətinin başçısı vurğulayıb.
Baş nazirin qeyd etdiyi kimi, cəmi 24 saat ərzində Ermənistan Silahlı Qüvvələrinin sayı şərti olaraq iki dəfə artıb. Bu da ehtiyatda olan hərbçilərin “hökumətin çağırışına tez reaksiya verməsi” ilə əlaqəli olduğunu bildirib. /Virtualaz.org/