AVMVİB İdarə Heyətinin Qərarına necə əməl olunur?
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin Qərarını yerinə yetirməyən rayon şöbələri haqqında ciddi tədbirlər həyata keçirilməkdədir. Çünki bu məsələ bir çox nüansları üzə çıxardı. Bəzi şöbələrimizin tam yoxluğunu müəyyən etdik. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin aldığı qərarlar haqqında məlumat vermişdik.
Hələ də içimizdəki «Qaloş»lar İdarə Heyətinin qərarına dırnaq arası baxmaqdan əl çəkməyiblər. Artıq 4 ay arxada qalıb. Elə ötən illər öndə olan nümunəvi şöbələrimiz yenə də nümunəvi olaraq öz yerlərini tutublar. Ayda 10 manat Baş İdarəyə ödəniş edə bilməyən bir şöbənin fəaliyyətini təsvir etmək çətin deyil.
Bəzilərinin məsuliyyətsiz və işləmək qabiliyyətinin «0» olduğu məlum oldu. Bəzi şöbə sədrlərinin bu ad arxasında gizlənərək yalnız öz şəxsi problemlərinin həlli ilə məşğul olduğu üzə çıxdı. Xüsusən də son olaylar göstərdi ki, içimizdə bəzi sədrlər öz şəxsi mənafeyi naminə, nəinki döyüşçü dostlarını, hətta öz şərəfini belə satlıq mala çevirib. Belələrinə, əlbəttə sıralarımızda yer yoxdur və sonadək bu xislətdə olanlar birliyimizdən uzaqlaşdırılacaqlar.
Bəzi şöbələrin yenidən bərpasına və yenilənməsinə həqiqətən də ciddi ehtiyac duyulur. Yəqin ki, 2022-ci ildən bu problemlərin həlli prosesi davam etdiriləcək. Çünki hələ də bəzi şöbə rəhbərləri AVMVİB İdarə Heyətini özlərinə borclu sayacaq qədər «sadəlövhlük» nümayiş etdirməkdədirlər.
2022-ci ilin yanvar, fevral, mart və aprel ayları üçün cədvəli təqdim edirik:
QEYD: Cari dövrə görə 33,3%-lik göstərici 100% ödəniş deməkdir. Yəni bu şöbələr hər 4 ayı ödəyiblər.
1. AVMVİB Xocavənd rayon şöbəsi — 125,0%
2.AVMVİB Nərimanov rayon şöbəsi — 116,6%
3. AVMVİB Saatlı rayon şöbəsi — 100,0%
4. AVMVİB Zərdab rayon şöbəsi — 100,0%
5. AVMVİB Ağdaş rayon şöbəsi — 83,3%
6. AVMVİB Çilov şöbəsi — 83,3%
7. AVMVİB Xankəndi şəhər şöbəsi — 50,0%
8. AVMVİB Nəsimi rayon şöbəsi — 50,0%
9. AVMVİB Sabunçu rayon şöbəsi — 50,0%
10. AVMVİB Beyləqan rayon şöbəsi — 50,0%
11. AVMVİB Goranboy rayon şöbəsi — 50,0%
12. AVMVİB İmişli rayon şöbəsi — 41,6%
13. AVMVİB Lənkəran rayon şöbəsi — 41,6%
14. AVMVİB Gəncə şəhər şöbəsi — 33,3%
15. AVMVİB Tovuz rayon şöbəsi — 33,3%
16. AVMVİB Qubadlı rayon şöbəsi — 33,3%
17. AVMVİB Cəbrayıl rayon şöbəsi — 33,3%
18. AVMVİB Dəmir Yolu şöbəsi — 33,3%
19. AVMVİB Binəqədi rayon şöbəsi — 33,3%
20. AVMVİB Sumqayıt şəhər şöbəsi — 25,0,%
21. AVMVİB Mingəçevir şəhər şöbəsi — 25,0%
22. AVMVİB Qazax rayon şöbəsi — 25,0%
23. AVMVİB Quba rayon şöbəsi — 25,0%
24. AVMVİB Yevlax rayon şöbəsi — 20,8%
25. AVMVİB Naftalan rayon şöbəsi — 16,6%
26. AVMVİB Yasamal rayon şöbəsi — 16,6%
27.AVMVİB Ağstafa rayon şöbəsi — 16,6%
28. AVMVİB Xəzər rayon şöbəsi — 16,6%
29. AVMVİB Abşeron rayon şöbəsi — 8,3%
30. AVMVİB Qaradağ rayon şöbəsi — 8,3%
AVMVİB Mətbuat Xidməti