08.09.2024

Prezident Qarabağdakı sülhməramlılardan danışdı

«Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında yaxşı səviyyədə qarşılıqlı əlaqə qurulub.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə deyib.

“Bir il yarımdır ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə vəziyyət ümumilikdə sabitdir. Əvvəllər sərhəddə cüzi gərginlik olub, indi orada da durum sabitdir”, — dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, tunelin tikintisi zamanı Rusiya sülhməramlıları yüklərin Kəlbəcərə çatdırılması üçün mühüm nəqliyyat imkanları yaradır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: