21.11.2024

«Yubkalı Lavrov» ayamalı Zaxarova üçtərəfli işçi qrupundan danışdı

Bu həftənin sonunadək Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Qarabağ üzrə üçtərəfli işçi qrupunun görüşü keçiriləcək.

Bu barədə cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.


Zaxarova əlavə edib ki, Rusiya tərəfi Azərbaycan və Ermənistanın bir-birinə doğru yaxınlaşmağa hazır olduğunu görür və bu mövzuda üçtərəfli əlaqələr yüksək səviyyədə işlənir. “Nəticə verən formatlarda real iş göz qabağındadır. Biz birtəhər mövcud formatlarda qalırıq, görürük ki, orada iş gedir. Biz əsas əhəmiyyəti o sənədlərin formatlarına və həyata keçirilməsinə veririk. Real nəticələr var. Bu nəticəni mülki şəxslər, təsərrüfat subyektləri, bütövlükdə region hiss edir”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: