21.11.2024

RUS İŞĞALÇILAR TƏSLİM OLAN UKRAYNALILARI EDAM EDİB

“ABŞ-da Rusiya hərbçilərinin Donetsk vilayətində təslim olmağa cəhd edən ukraynalıları edam etməsi ilə bağlı etibarlı məlumat var”.

“The Hill” xəbər verir ki, bu barədə ABŞ-ın beynəlxalq ədalət üzrə xüsusi nümayəndəsi Beth Van Schaak BMT-nin iclasında bildirib.

«Hazırda Donetskin kənarında yerləşən Rusiya hərbi birləşməsinin təslim olmağa çalışan ukraynalıları həbs etmək əvəzinə, edam etməsi ilə bağlı etibarlı məlumatımız var. Bu, yəni təslim olan, yaralanan və ya əlil olan mülki şəxslərin və döyüşçülərin edam edilməsi müharibə qanununun əsas prinsipinin pozulması deməkdir”, — ABŞ-ın xüsusi nümayəndəsi bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım adlandırmışdı.

Həmçinin Kanada parlamentində aprelin 27-də Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərinin soyqırım adlandırılması qərara alınıb. Parlament üzvləri bildiriblər ki, Rusiya Federasiyası tərəfindən “bəşəriyyətə qarşı sistematik və kütləvi hərbi cinayətlərə” dair kifayət qədər sübutlar var.

Mənbə: Qafqaz.media

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: