21.11.2024

Ukraynada daha bir soydaşımız döyüşlərdə həlak oldu

Ukrayna ordusunun sıralarında vuruşan daha bir soydaşımız həlak olub.

Bu barədə Ukraynada yaşayan jurnalist Anar Ağazadə məlumat yayıb.

O bildirib ki, Ukrayna vətəndaşı olan 39 yaşlı Fuad Fərhad oğlu Məmmədov Donetsk vilayəti Konstantinovka uğrunda döyüşlərdə həlak olub.

“Fuad bəyin atası istefada olan hərbi həkimdir. Şəhidimiz həm də çoxlarımızın birinci Qarabağ savaşından tanıdığı hərbi jurnalist Ağası Hunun qardaşı oğludur”, — deyə o vurğulayıb.

A.Ağazadənin sözlərinə görə, Fuad Məmmədovun kiçik qardaşı Rasim də hazırda doyüsür.

Mənbə: Axar.az 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: