Qazi intihar edirsə… — “…Xüsusi psixoloqlar hazırlanmalıdır”
«Düzdür, mən də daxil olmaqla, bir sıra psixoloqlar müharibə vaxtı və postmüharibə dövründə bu işlə məşğul olduq»
“Amma çatdırmaq olmur. Çünki hərbi travma ilə məşğul olan psixoloq sayı azdır”
“Hardasa 20-30 nəfər real hərbi travma ilə işləməyi bacaran mütəxəssis var. Bununla bağlı daha geniş iş aparılmalıdır”
44 günlük Vətən müharibəsindən sonra qazilər arasında psixoloji sarsıntı keçirənlər heç də azlıq təşkil etmir. Belə ki, dünən Qusar rayonunun Əniq kəndində Vətən Müharibəsi qazisi Feyruz Qəhrəmanov intihar edib. O, özünü ağacdan asaraq, həyatına son qoyub. Psixoloji problemlər yaşayan müharibə iştirakçısı, məhz bu səbəbdən canına qəsd edib.Əniq kəndinin icra nümayəndəsi Baba Məcidov bu barədə məlumat verib.
“YAŞAT Fondu tərəfindən onun müalicəsi üçün 7300 manat pul köçürülmüşdü. Davamlı olaraq müalicə edilsə də, nəticəsi olmadı. Biz icra nümayəndəliyi olaraq onunla daim görüşürdük, psixoloji söhbətlər aparırdıq», — icra nümayəndəsi deyib.Baba Məcidovun sözlərinə görə, 1999-cu il təvəllüdlü Feyruz subay olub:»Çox mehriban, yaxşı ailəsi var. Müalicə aldığı müddətdə kənd təsərrüfatı işləri ilə məşğul idi, həmişə at belində olardı. Allah rəhmət eləsin. Heyif, onun kimi gözəl bir insan həyatını itirdi”.
Psixoloq Azad İsazadə Vətən Müharibəsi iştirakçısının psixoloji problemlər səbəbindən həyatına son qoymasını “Sherg.az”a şərh edib. O, bildirib ki, çıxış yolu üçün mütəxəssislər yetişdirilməlidir:
“Ümumiyyətlə, problem var və bu davam edəcək. Biz illərlə bu problemlə qarşılaşacağıq. Bu məsələnin çıxış yolu ümumi reabilitasiya proqramının qəbul olunmasıdır. Hər psixoloq bu işlə məşğul ola bilməz. Hərbi travma ilə işləyən xüsusi psixoloqlar hazırlanmalıdır. Düzdür, mən də daxil olmaqla, bir sıra psixoloqlar müharibə vaxtı və postmüharibə dövründə bu işlə məşğul olduq. Amma çatdırmaq olmur. Çünki hərbi travma ilə məşğul olan psixoloq sayı azdır. Hardasa 20-30 nəfər real hərbi travma ilə işləməyi bacaran mütəxəssis var. Bununla bağlı daha geniş iş aparılmalıdır”.zad İsazadə sonda qeyd edib ki, bununla paralel olaraq, anlamalıyıq ki, qazilərin sosial və maddi problemləri də öz həllərini tapmalıdır.