18.10.2024

Türkiyədən Rusiyaya şok zərbə: Suriyaya uçan Rusiya təyyarələrinə hava məkanını bağladı

Çavuşoğlu: “Aprelə qədər verilmiş icazə vaxtı bitdi”.

“Türkiyə tərəfi Suriya ərazisinə hərbçi daşıyan, eləcə də mülki uçuşlar edən Rusiya təyyarələri üçün hava məkanını bağlayıb. Bu icazələr üçaylıq verilirdi. Aprelə qədər verilmiş icazə vaxtı bitdi”.

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Gündəlikdə duran məsələlər, eləcə də Ukrayna ətrafında yaranmış böhranın həlli istiqamətində yaranmış vəziyyət barədə məlumat verən türkiyəli nazir deyib ki, Ukrayna və Rusiya daha həssas məsələləri müzakirə edirlər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: