18.10.2024

Ukraynada döyüşən azərbaycanlı bacılar kimdir? – Ataları Azərbaycanda icra başçısı olub

Ukraynada döyüşən azərbaycanlılar аrasında qadınlar da var. 

Bunlar Leyla və Dərya bacılarıdır. 

Kiyevdə yaşayan Dərya və Leyla bacıları müaharibənin ilk günlərindən tibb bacısı kimi cəbhəyə yollanıblar. Tibb təhsili almış bacılar döyüşçülərə və mülki şəxslərə ilkin tibbi yardımla bağlı məsləhətlər də verilər. 

Qeyd edək ki, Leyla Muxtarova və Dərya Hüseynova AXC hakimiyyəti dövründə Bakının Nizami rayonunun icra başçısı olmuş Xaqani Hüseynovun qızlarıdır.

Xaqani Hüseynov 90-cı illərin ortalarında Ukraynaya köçmüşdü. O, 2015-ci ildə infarktdan dünyasını dəyişib. Xəqani Hüseynov Ukrayna prezidenti Viktor Yuşşenkonun müşaviri işləyib.


Mənbə: Gundem.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: