16.09.2024

Əsgərin döyülməsi ilə bağlı araşdırmalara başlandı

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xismətindən məlumat verilib.

«Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək», — məlumatda qeyd olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: