27.07.2024

Balakəndə Xocalı şəhidləri anıldı

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin üzvləri  XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümündə Xocalı şəhidlərini anıblar.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev məlumat verib.

Müharibə veteranları şəhid məzarları üzərinə gül qoyub və dualar ediblər.

Allah rəhmət eləsin!

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: