27.07.2024

Xankəndidə qurulan VOMA terror qruplaşması yeni üzvlər cəlb edir…

“VOMA” (Voxj Mnalu Arvest)  terror təşkilatının Qarabağ qanadı 300-ə yaxın erməni və əcnəbi kürdləri əsasən internet vasitəsilə öz sıralarına cəlb edib və müxtəlif düşərgələrdə təlim keçdikdən sonra Azərbaycan Respublikasına qarşı müharibədə onlardan istifadə edib.

Qeyd edək ki,  VOMA silahlı qruplaşması Ermənistanda fəaliyyət göstərən terror təşkilatlarından biridir.

Bu günlərdə Xankəndidə erməni terror təşkilatı “VOMA”nın nümayəndəliyi açılıb.

Livan, Suriya, Kanada, Fransa və bir çox digər Avropa ölkələrindən olan erməni muzdlularının “VOMA”-ya üzv olduqları və Azərbaycan Respublikasına qarşı döyüşdükləri öz təsdiqini tapıb.

Təşkilat həm də İrəvandan və dünyanın müxtəlif yerlərində olan erməni diasporundan külli miqdarda maliyyə yardımı alır.

Erməni terror qruplaşmaları Asala və kürd PKK ilə sıx əlaqələri olan “VOMA” son iki ildə Azərbaycan Respublikasına qarşı davamlı olaraq terrorçular hazırlayır.

Beynəlxalq konvensiyalar Ermənistanı “VOMA”-nın əli ilə terrorçu muzdluların hazırlanmasını və maliyyələşdirilməsini dayandırmağa çağırıb.

Təşkilat rəsmi saytında Ermənistan hökumətindən heç bir yardım almadığını iddia etsə də, bu, tamamilə yalandır və onlar Ermənistan hökumətindən ciddi yardım alırlar.

Hazırda təşkilata uzun müddət Ermənistanın xüsusi xidmət orqanlarında xidmət etmiş və Qarabağ müharibəsində iştirak etmiş Vova Vartanov adlı terrorçu rəhbərlik edir.

Özünü Qaregin Njdenin varisi kimi görən Vova Vartanov erməni diasporunun imkanlarından istifadə edərək yeni üzvlər cəlb edir.

“VOMA” kimi erməni terror qruplarının Qarabağda fəaliyyəti dayandırılmasa, heç kim təminat verə bilməz ki, Azərbaycan Respublikasının Qarabağ cəbhəsində xidmət edən əsgər və hərbçilərinə qarşı təxribat törədilməyəcək.

Mənbə: Qafqaz.media

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: