Müşfiq Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub
Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edən Müşfiq Əliyev, təşkilat sədrini, o cümlədən sədr müavini, polkovnik Cəlil Xəlilovu ictimai sahədəki çoxillik fəaliyyətinə görə rəhbəri olduğu qurumun xüsusi diplomu ilə təltif edib.
Görüşdə Prezident İlham Əliyevin veteranlara, şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğısından məmnunluqla bəhs olunub, dövlət başçısının məlum siyasətinin bundan sonra da dəstəklənməsinin vacibliyi vurğulanıb.