08.09.2024

“Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır” — Paşinyan

«Bakı ilə sülh müqaviləsi imzalanmalıdır, lakin bu sənəd danışıqlar prosesində işlənməlidir».

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn keçirilən mətbuat konfransında bildirib.

«Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı geniş müzakirələr gedir. Bəli, imzalanmalıdır, lakin əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir və danışıqların nəticəsində hazırlanmalıdır. Ermənistan buna hazırdır və biz bu barədə dəfələrlə demişik”.

Nazirlər Kabinetinin rəhbəri isə qeyd edib ki, Ermənistanın demarkasiya və delimitasiya üçün hələ ki, heç bir şərti yoxdur.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: