01.07.2025

DSX-nin matrosu Hərbi Hospitalda intihar edib

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Xaqani oğlu Rzaquliyev intihar edib.


 Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 

Yanvarın 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin ötən ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xaqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.

 Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib. 

Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: