09.05.2025

Hərbi qulluqçumuz həlak oldu — Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.


Bu barədə Müdafiə Nazirliyindən bildirilib. «Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik».


Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: