Əlillik təyinatı ilə bağlı YENİ QAYDALAR belə olacaq
![](https://veteran.az/wp-content/uploads/2021/12/71108230_912362392467182_5051975154733678592_n-715x400-1.jpg)
Əlliyin qiymətləndirilməsi ilə bağlı göndərişlərin verilməsi qaydası dəyişib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Yeni meyarları nəzərinizə çatdırırıq.
Əlillik yeni meyarlar ilə müəyyən olunacaq. Bu məqsədlə 100-ə yaxın qanunvericilik aktına dəyişiklik olunub.
Baş nazir Əli Əsədovun verdiyi qərara əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyir ki, insanın 7 əsas həyat fəaliyyəti kateqoriyası var ki, əlillik də məhz bunlara görə təyin edilir.
Ülvi Hüseynovun sözlərinə görə, yeni meyarlar tibbi modeldən sosial modelə keçidlə bağlı hazırlanıb.