21.11.2024

Türkiyə 21-ci əsrin yüksələn ulduzudur — Ərdoğan

Türkiyə 21-ci əsrin yüksələn ulduzudur, düşünülmüş siyasət sayəsində pandemiyanın ilk ilində iqtisadi artımı müsbət olan iki ölkədən biri olub.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, 2002-ci ildə hakimiyyətə gələrkən, Mərkəzi Bankın ehtiyatları cəmi 27,5 milyard dollar, BVF-yə borcu isə 23,5 milyard dollar olub:

«Bu gün söhbət Mərkəzi Bankın 120 milyard dollar ehtiyatından və BVF qarşısında borcunun olmamasından gedir. Türkiyənin illik ixracat göstəricisi rekord həddə — 221 milyard dollara çatdı. “Beşinci kolon” ​​bu yaxınlarda ölkədə çaxnaşma yaratmağa çalışdı, valyuta bazarında görünməmiş manipulyasiya cəhdləri ilə qarşılaşdıq, ancaq cəmi bir saat ərzində bu problemi həll etdik».

Mənbə: Axar.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: