21.11.2024

Şəhid övladları Türkiyədə təhsil ala biləcəklər – Proqram HAZIRLANIR

“Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər”.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “YAŞAT” Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla bağlı Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmalar İdarəsi ilə birgə proqram hazırlanır və yaxın vaxtlarda elan olunacaq.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: