08.09.2024

Sahil Babayev: «Pensiyalar orta hesabla 60 faiz artıb»

“Ümumilikdə, şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları həyata keçirilən sosial siyasətin əsasını təşkil edir”.

Bu fikirləri YAŞAT Fondunun bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev səsləndirib.

“Vahid əlaqələndirmə mərkəzində 7 mərkəzi icra hakimiyyəti orqanının xidmətləri toplandı. Bu mərkəzlər qısa müddət ərzində fəaliyyətə başladı. Bakı şəhərini tam şəkildə əhatə edir. Mərkəzlərdə ötən 3 ay ərzində 4 min 163 şəxsə xidmət göstərilib”, – deyə nazir qeyd edib.

“Son illərdə həyata keçirilən silsilə tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə 2021-ci ilin sonunda dövlətin sosial ödənişlərə ayırdığı vəsaitin məbləği 60 faiz – 2,4 milyard manat artıb. Bu dövr ərzində pensiyalar orta hesabla 60 faiz artıb”.

Sahil Babayev çağırışların olduğunu da vurğulayıb:

“Əlbəttə, çağırışlar, istəklər var. Onların icra edilməsi istiqamətində sistemli işimizi davam etdirəcəyik. Çətinliklərlə rastlaşdığımız dövrlər də olacaq”.

Mənbə: yenicag.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: