21.11.2024

Daha 4 qazi Türkiyəyə göndərildi

Ağır yaralanan daha 4 qazi YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan verilən məlumata görə, qazilər Seymur Cavanşir oğlu Aliyev, Həşim Əzim oğlu Həşimov, Şəmşir Bəxtiyar oğlu Həziyev və Əli Musa oğlu Cəfərlinin müayinə, müalicə və reabilitasiya prosesi həkimlərin rəyi nəzərə alınaraq Türkiyədə davam etdiriləcək.

YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 154 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 117-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: