Şəhid hərbçimizlə vida mərasimi keçirildi
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Asif Əliyevlə Siyəzəndə vida mərasimi keçirilir.
Şəhid əsgər Əliyev Asif Adil oğlunun cənazəsi Siyəzən rayonunun Zarat kəndinə, evlərinə gətirilib.
Vida mərasimdə onun yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər və şəhidin hərbçi yoldaşları iştirak edirlər.
Şəhid A.Əliyev Zarat kənd qəbirstanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!