Şəhid qızı atasının tabutda rəsmini çəkdi
Dövlət Sərhəd Xidmətinin helikopterinin noyabrın 30-da Qaraheybət aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbçilərdən mayor Murad Məmmədov qızı vida mərasimdən sonra təəssüratlarını rəsm çəkməklə ifadə edib.
AZXEBER.COM xəbər verir ki, birinci sinifdə oxuyan qız şəhid atasının tabutda şəklini çəkib.
Ürəkdağlayıcı şəkilin sosial şəbəkələrdə yayılması hər kəsi kövrəldib.
Qeyd edək ki, noyabrın 30-u hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.