21.11.2024

Rus nəşri: Bu ərazilər Azərbaycana veriləcək

Rusiyanın “Kommersant” qəzeti  Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü ilə bağlı maraqlı məlumat yayıb.

Alp.az xəbər verir ki, həmin görüşdə Azərbaycan və Ermənistan sərhədlərinin delmitasiya və demarkasiya prosesinə başlamaqla bağlı razılıq əldə olunub.

Həmin razıəlaşmanın detallarından bəhs edən “Kommersant” yazır ki, sərhədlərin müəyyənləşdirilməsi zamanı  Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahındakı xəritədən istifadə olunacaq.  Rusiya prezidenti Vladimir Putin ERMƏNİLƏRƏ  başqa seçimlərinin olmadığını çatdırıb. Bu o deməkdir ki, Azərbaycan bir çox əraziləri əldə edəcək.

Qəzetin iddiasına görə,  Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahındakı xəritəyə əsasən Ermənistan daha bir neçə istiqamətdə ərazi güzəşti etmək məcburiyyətində qalacaq. Lakin həmin ərazilərin sərhəddin hansı hissəsini əhatə edəcəyi barədə məlumat əldə etmək mümkün olmayıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: