21.11.2024

COVID-19 infeksiyasına 1662 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1662 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 585 783 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 551 724 nəfər müalicə olunaraq sağalıb, 7 807 nəfər vəfat edib, aktiv xəstə sayı 26 252 nəfərdir.
Ölkədə son sutka ərzində 11 369, hazırkı dövrədək isə 5 521 070 test aparılıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: