08.09.2024

Azərbaycanın vəzifədə olan general-polkovnikləri — SİYAHI

General-polkovnik Azərbaycanın güc strukturlarında ən yüksək rütbə sayılır.

Bu rütbəni ölkənin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, o cümlədən baş prokuror, xidmət rəisləri və başqaları daşıyır.

General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təyin olunur.

Hazırda vəzifə başında olan general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısı belədir:

  1. Zakir Həsənov — Müdafiə naziri
  2. Vilayət Eyvazov — Daxili işlər naziri
  3. Əli Nağıyev – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
  4. Bəylər Əyyubov — Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
  5. Ramil Usubov — Prezident yanında Təhlükəsizlik Şurasının katibi
  6. Kərim Vəliyev – Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini
  7. Kərəm Mustafayev – Əlahiddə Ümumqoşun Ordu komandanı
  8. Elçin Quliyev — Dövlət Sərhəd Xidmətinin rəisi
  9. Kəmaləddin Heydərov — Fövqəladə Hallar naziri
  10. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri
  11. Mədət Quliyev — Müdafiə sənayesi naziri
  12. Orxan Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi
  13. Məhərrəm Əliyev – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri
  14. Arzu Rəhimov – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
  15. Səfər Mehdiyev — Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycanda müxtəlif illərdə vəzifədən kənarlaşdırılan general-polkovniklər isə bunlardır:

  • Səfər Əbiyev — Eks-müdafiə naziri
  • Nəcməddin Sadıqov – Müdafiə nazirinin sabiq 1-ci müavini, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi
  • Eldar Mahmudov — sabiq milli təhlükəsizlik naziri
  • Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi
  • Zakir Qaralov — Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri
  • Aydın Əliyev — Dövlət Gömrük Komitəsinin keçmiş sədri
  • Fazil Məmmədov — I dərəcəli dövlət vergi xidməti müşaviri
  • Namiq Abbasov — Sabiq milli təhlükəsizlik naziri (1995-2004)
  • Tofiq Ağahüseynov — Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)

Mənbə: BAKU.WS

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: