17.09.2024

Şəhid Əlizadə Elmin Samir oğlu Mingəçevirdə dəfn olundu

16 noyabr 2021-ci il tarixdə Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan Ağdam şəhərindən məcburi köçkün, Mingəçevir şəhərində müvəqqəti məskunlaşan, 2003-cü il təvəllüdlü Əlizadə Elmin Samir oğlu 18.11.2021-ci il tarixdə Mingəçevir şəhərində dəfn olunub.

İzdihamlı dəfn mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, şəhidin hərbiçi yoldaşları və yerli sakinlər iştirak etmişlər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: