01.07.2025

Putin, Əliyev və Paşinyan arasında görüş üçün bütün liderlərin razılığı lazımdır — Peskov

“İnterfaks” xəbər verir ki, Kreml Rusiya Federasiyası, Ermənistan və Azərbaycan başçılarının növbəti üçtərəfli sammitini mümkün sayır, lakin bunun üçün hər üç tərəfin razılığı olmalıdır.

Jurnalistlərin üç ölkə liderinin yeni görüşünün perspektivləri ilə bağlı sualına Peskov belə cavab verib: “Əlbəttə, müəyyən mərhələdə belə təmaslar lazım olacaq, lakin onların mümkün olması üçün tərəflərin razılığı və hazırlığı lazımdır”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: