01.07.2025

Türk Dünyasının Ali ordeni ilə mükafatlandırılan lider

Möhtərəm cənab Prezident, Azərbaycan və Türkiyənin birliyi  təkcə regionda yox, dünyada da çox ciddi nəticələri olan reallıqlar  yaratmaqdadır. Hər iki dövlətin liderinin ayrı-ayrılıqda və birlikdə fəaliyyəti, Türk Dünyasının inteqrasiyasına əvəzsiz töhfələr verir.

Türkiyənin mənəvi və diplomatik dəstəyi ilə 2020-ci ildə II Qarabağ müharibəsində tarixi zəfər əldə olundu, Azərbaycanın torpaqları işğaldan azad edildi və yeni geosiyasi reallıqlar yarandı.

Möhtərəm cənab Prezident, məhz Sizin əvəzolunmaz səyiniz nəticəsində Zəngəzur dəhlizi, bu dəhliz vasitəsilə Türk Dünyasının əlaqələrinin genişləndirilməsi, Qarabağın statusunun müzakirələrdən çıxarılması, Türkiyənin regionda, xüsusən də Qarabağda hərbi mövcudluğu reallığa çevrilir.

Azərbaycanın Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına sədrliyi dövründə gördüyü işlər, göstərdiyi təşəbbüslər, birlik və bərabərlik, inteqrasiya üçün aparılan çalışmalar, koronavirus pandemiyasına qarşı mübarizədə fəaliyyət alqışa layiqdir. Bütün bunlar Prezident, Müzəffər Ali Baş komandan olaraq Sizin uzaqgörən dövlət başçısı və dahi siyasi lider kimi fəaliyyətinizin inkarolunmaz nəticələridir.

Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının 12 noyabr 2021-ci ildə İstanbulda keçirilən toplantısında Sizin Türk Dünyasının Ali ordeni ilə mükafatlandırılmanız Türk Dövlətlərinin birliyinə verdiyiniz töhfənin liderlər tərəfindən təsdiqidir. Bu orden Prezident  İlham Əliyevin şəxsində Vətən müharibəsində qəhrəmanlıq göstərmiş, liderinin ətrafında birləşmiş Azərbaycan xalqına verilən dəyərin təzahürüdür.

Möhtərəm cənab Prezident, Türk dünyasının birliyi üçün yorulmadan çalışdığınız üçün Sizə minnətdarlığımızı bildirir və ali mükafata layiq görülməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik.

“Qardaşlığımız Əbədidir” QHT koalisiyası

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: