17.09.2024

Nikol Paşinyandan ŞOK AÇIQLAMA:“Dünən Azərbaycandan bildiriş gəldi ki…”

Bu gecədən fəaliyyətə başlayan Azərbaycan keçid məntəqəsi Ermənistan Respublikasının ərazisində deyil, Eyvazlı hissəsindədir.

Alp.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bunu bu səhər hökumətin iclası zamanı deyib.

“Dünən Azərbaycandan qeyri-rəsmi bildiriş gəldi ki, noyabrın 11-də, gecə yarısından etibarən Ermənistan vətəndaşları və yükləri üzərində gömrük-pasport nəzarəti həyata keçirəcəklər”, – deyə o bildirib.

Nikol Paşinyanın sözlərinə görə, həmin yolda hər hansı mümkün sərhəd nəzarətinin qarşısını almaq mümkün idi: “Lakin bunun qiyməti dəhliz məntiqi olardı ki, bu da bizim üçün qəbuledilməz idi”.

“Ermənistanın regional kommunikasiyalarla bağlı mövqeyi həmişə ondan ibarət olub ki, onlar hansısa eksterritorial kontekst olmadan, müvafiq gömrük və pasport nəzarəti ilə yenidən açılmalıdır.

Yəni, biz heç vaxt dəhliz məntiqini müzakirə etməmişik və müzakirə etməyəcəyik. Bu, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin üçtərəfli formatında fiksasiya edilib və son həftələrdə bu məntiq və razılaşma Rusiya tərəfindən publik şəkildə təsdiqlənib. Məhz bu kontekstdə Azərbaycan dünənki qərarını verdi”, – deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan da lazım gələrsə, Gorus-Qafan yolu hissəsində gömrük və pasport nəzarəti məntəqələri yaradacaq.

Nikol Paşinyan bildirib ki, Azərbaycandan alınan dünənki bildirişdən sonra həmin hissədən keçən Ermənistan Respublikası vətəndaşlarının M2 Qafan-Ağvani-Tatev-Halidzor-Şinuxayr avtomobil yoluna yönəldilməsi və hərəkətin buradan həyata keçirilməsi barədə qərar qəbul edilib.

“Azərbaycanın dünənki qərarından sonra real yük maşınları ilə bağlı situasiya dəyişmir, bir şərtlə ki, indi onlar Tatev-Ağvan yolu ilə əlavə gömrük rüsumları olmadan hərəkət edə bilərlər”, – deyə o bildirib.

Nikol Paşinyanın sözlərinə görə, yol hərəkətinin dəyişməsi məntiqi nəticəsində heç bir kəndlə əlaqə kəsilmir, hərçənd ki, bir neçə kəndlə yolların keyfiyyətinin yaxşılaşdırılması zərurəti yaranır və məsələ ən qısa zamanda öz həllini tapacaq.

“Bu, Ermənistan ətrafında yeni mühit yaradır, biz bunu bizim uzunmüddətli strateji maraqlarımıza uyğunlaşdırmaq üçün hər şeyi etməliyik və bu yolla da gedirik”, – o əlavə edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: