22.11.2024

Erdoğan və Bayden «Cənubi Qafqazda diplomatik səyləri» müzakirə ediblər

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və ABŞ Prezidenti Joe Biden «Cənubi Qafqazda diplomatik səyləri» müzakirə ediblər.

Erdoğan-Biden görüşü Romada G20 sammiti çərçivəsində bazar günü keçirilib.

Görüşdə xarici işlər naziri Mevlüt Çavuşoğlu və ABŞ-ın dövlət katibi Antony Blinken də iştirak ediblər.

«Liderlər Suriyadakı siyasi prosesləri, ehtiyacı olan əfqanlara humanitar yardımın çatdırılmasını, Liviyadakı seçkiləri, Şərqi Aralıq dənizindəki vəziyyəti və Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər», Ağ Evin açıqlamasında qeyd olunub.

Prezident Biden Türkiyə ilə «konstruktiv münasibətləri davam etdirməyi, əməkdaşlıq sahələrini genişləndirməyi və fikir ayrılıqlarını səmərəli tənzimləmək istəyini vurğulayıb», məlumatda deyilib.

Ağ Evin açıqlamasına görə, Joe Biden «Türkiyənin NATO-nun Əfqanıstandakı missiyasına iyirmi ilə yaxın müddət ərzində verdiyi töhfələrə görə minnətdarlığını bildirib.»

Prezident Biden «NATO müttəfiqi kimi Türkiyənin əhəmiyyətini vurğulayıb, lakin Türkiyənin Rusiyanın S-400 raket sisteminə malik olmasından narahatlığı» qeyd edib.

Joe Biden eləcə də «güclü demokratikinstitutların, insan haqlarına hörmətin və qanunun aliliyinin sülh və rifah üçün əhəmiyyətini vurğulayıb.»

Türkiyə Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, «müsbət şəraitdə keçən görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.»

«Görüş zamanı iki lider Türkiyə ilə ABŞ arasında münasibətlərin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə dair müştərək iradə nümayiş etdirirərək bunun üçün birgə mexanizmin yaradılması barədə razılığa gəliblər.»

Danışıqlar zamanı ikitərəfli ticarətin həcminin artırılması, NATO Alyansı və strateji partnyorluq kimi məsələlər üzrə müəyyən edilən müştərək perspektiv istiqamətində qarşılıqlı addımların atılmalı olduğu vurğulanıb.

Reuters agentliyinin bildirdiyinə görə, Erdoğan ilə Biden arasında danışıqlar 70 dəqiqə çəkib.

(BBC)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: