22.11.2024

Hərbçilərin və müəllimlərin maaşları artırıldı

Veteran.az xəbər verir ki, Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında və Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında və Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamı qüvvəyə minib.

Qərara görə, müəllimlərin aylıq əməkhaqqı 20%, hərbçilərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşları isə 40% artırılıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam da bu gün qüvvəyə minib. Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Prezident İlham Əliyev iyunun 18-də imzaladığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam da bu gün qüvvəyə minib.

Nazirliyin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin (XKX) hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının orta hesabla 40 faizi həcmində artırılması da qüvvəyə minib.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşlarının da 1 sentyabr tarixindən maaşları artırılıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: