Ataları da müharibə veteranı olan rus qazilərimiz

Azərbaycanın ictimai televiziyası Vətən Müharibəsi illərində qəhrəmancasına vuruşan Buzanov qardaşları haqqında reportaj hazırlayıb.
Milliyyətcə rus olan Andrey və Maksim Buzanovlar, Birinci Qarabağ Müharibəsi veteranı olan atalarının ənənələrini davam etdirərək vətən torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizə apardılar.
Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru Andrey Buzanov — döyüş vertolyotunun pilotu, Füzuli, Ağdam və digər istiqamətlərdə gedən döyüşlərdə iştirak edib, Ermənistan mövqelərinə raket və bomba zərbələri endirib, kəşfiyyat döyüşləri həyata keçirib və s. Ağdam və Xocavəndin azad edilməsinə görə medallarla təltif edilmişlər.
Piyada döyüş maşınının (BMP) sürücü-mexaniki hərbçi Maksim Buzanov, Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib, döyüş bölgəsindən üç yaralı yoldaşını çıxarıb. Füzulinin və Qubadlının azad edilməsinə görə medallarla təltif edilmişdir.
Anaları Lyudmila Buzanova Vətən qarşısında borcunu yerinə yetirən və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsində əməyi olan oğulları ilə fəxr edir.
Mənbə: Budrooo.news