23.11.2024

Ötən il-bu gün: Erməni vandalizminin qurbanı olmuş Qurbanovlar ailəsi…

Ailəsinin 5 üzvünü itirmiş MAXE Nadir Qurbanov…

Goranboyun ilk İkinci Vətən Müharibəsi Şəhidləri…

Bu gün İkinci Vətən Müharibəsinin başlamasından bir il ötür…

27 sentyabr 2020-ci il tarixində təcavüzkar və işğalçı Ermənistanın növbəti qanlı təxribatı və fitnəkarlığına cavab olaraq, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücüm əməliyyatına, İkinci Vətən Müharibəsinə başladı…

Müharibənin elə ilk dəqiqələrindən Rəşadətli Azərbaycan Ordusu, İgid, Qəhrəman Vətən sevdalıları düşmənə böyük zərbə vurdular, onları canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qoydular…

Eyni zamanda, müharibənin birinci günündə Şəhidlər verdik, yaralanan və xəsarət alanlarımz oldu…

Həmçinin, müharibənin ilk günündə növbəti erməni vandalizmi, ermnəni barbarizmi yaşandı…

Gözləri qandan doymayan murdar və alçaq ermənilər tərəfindən növbəti insanlıq dramı yaşadıldı…

Belə ki, sentyabrın 27-də-axşama yaxın Naftalanın Qaşaltı-Qaraqoyunlu kəndində yaşayan Qurbanovlar ailəsi qətlə yetirildilər…

MAXE, İkinci Vətən Müharibəsi iştirakçısı Nadir Qurbanovun yaşadığı ev ermənilər tərəfindən vuruldu, ev darmadağın edildi və ailə üzvlərindən 5 nəfər- 39 yaşlı həyat yoldaşı Afaq Əmirova, 64 yaşlı anası Şəfayət Qurbanova, 69 yaşlı atası Elbrus Qurbanov, 13 yaşlı, 7-ci sinifə gedən oğlu Şəhiriyar və 8-ci sinifdə oxuyan 14 yaşlı qardaşı qızı Fidan erməni vandalizminin qurbanı oldular…

Bu gün, 27 sentyabr 2021-ci il tarixində isə həmin dəhşətli qanlı olaydan, erməni vandalizmindən, insanlıq dramından düz bir il ötür…

Odur ki, Goranboylu Qazilər Fuad Həsənov və Nail Mirzəyevlə birlikdə Nadir Qurbanova baş çəkməyə, ailə üzvlərinin, Şəhidlərimizin məzarlarını ziyarət etməyə getdik…

Qeyd edim ki, Fuad Həsənov həm də Nadir Qurbanovun hərbçi və döyüş yoldaşı olub…

Və Nadirlə birlikdə 27 sentyabr qanlı qətliamının şahidi olub, yaşanan insanlıq dramını gözləri ilə görüb…

Qazilərimizlə birlikdə öncə Nadir Qurbanovun erməni vəhşiliyinə məruz qalmış və dağıdılmış, yerlə-yeksan edilmiş evində, həyətində olduq, sonra isə Qaşaltı-Qaraqoyunlu qəbiristanlığındakı ailə üzvlərinin məzarlarını ziyarət etdik, ruhlarına dulalar oxuduq…

Və çox ağır, çox təsirli, çox duyğulu, sözlə ifadəsi mümkün olmayan anlar yaşadıq…

Çünki təsirlənməmək, duyğulanmamaq, həyəcanlanmamaq mümkün deyildi…

Sözün bitdiyi yer idi…

Özümüzü toparlayıb bir anın içində 5 əzizini itirmiş Nadir Qurbanova bir daha Allahdan səbr, erməni vandalizminin qurbanı olmuş ailə üzvlərinə rəhmət dilədik…

Allah məkanlarını çənnətlik etsin, Nadir Qurbanova, tək övladına və qardaşının ailəsinə, səbr, dözüm versin!

Sonra Qaşaltı-Qaraqoyunlu kəndi ilə qonşu olan Goranboyun Qəhrəman Tap-Qaraqoyunlu kəndinə yol aldıq…

Həm Tap-Qaraqoyunlu, həm də Goranboyun ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən olan MAXE Hidi Vəliyevin ailə üzvlərini-anası, atası, bacısı və qardaşını ziyarət etdik…

Qeyd edim ki, İkinci Vətən Müharibəsinin ilk Şəhidlərindən olan Hidi Vəliyevin nəşi kəndləri müharibə zamanı mütəmadi atəş altında olmasına görə, Tap-Qaraqoyunluda deyil, Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub…

Sabah, 28 sentyabr tarixində həm məzarı, Şəhidlər Xiyabanı ziyarət olunacaq, həm də Şəhidliyinin, torpağa tapşırılmasının biri ilə bağlı yaşadığı evdə anım mərasimi keçiriləcək, ehsan süfrəsi açılacaq…

Təxminən bir saat çəkən ziyarətimiz zamanı Şəhidimizin ailə üzvlərinə bir daha başsağlığı verdik, Allahdan səbr dilədik, “Hidi də daxil olmaqla, cəmi Şəhidlərimizin məkanı cənnətlik olsun, ruhları qarşında baş əyirik!”-dedik…

Nur içində yatsın, məqamı ucalardan Uca olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

27.09.2021, Qızılhacılı – Qaşaltı-Qaraqoyunlu – Tap-Qaraqoyunlu – Qızılhacılı

Etikxeber.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: