İlham Əliyev Anım Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.
Veteran.az xəbər verir ki, Ali Baş Komandan Azərbaycan Ordusunun hərbi qulluqçularının — Xüsusi Təyinatlı Qüvvələrin əsgərlərinin Şuşaya girməsini özündə əks etdirən fotonu «Facebook” profilindən paylaşıb.
