22.11.2024

Saxta polis, qərəzli və sifarişli məhkəmə qərarları və bu qərarların sifarişli icraçıları

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Veteran.az saytının redaktoru, Yeni Azərbaycan Partiyasının üzvü, Bakı Slavyan Universitetinin müəllimi Nurlan Məmmədovun bizə ünvanladığı müraciətini diqqətinizə çatdırırıq. Bu adam nə istəyir?

Ziyalı bir gəncimiz, dünyamızı vaxtsız tərk etmiş qazimizin övladı, Veteran.az və Fedai.az-ın könüllülərindən olan, pulsuz-parasız döyüşçülərin təbliği ilə məşğul olan biri taleyin hökmüylə xasiyyəti düz gəlməyən həyat yoldaşından ayrılıb. Ayrılıb ki, etdiyi yanlışını düzəltsin. Amma sən saydığını say, gör Azərbaycanın məhkəmələri, məhkəmə qərarlarının icraçıları, qızın xalası, qızın Daxili İşlər nazirliyi adından yalandan istifadə edib (səs yazıları nazirliyə göndərilib) «xod» gedən qardaşı əməkdaşımızın həyatını dözülməz hala salıb. Daim veteran problemlərinin ictimasiləşdirilməsində bizimlə birgə olan əməkdaşımızın yanındayıq. Fəaliyyəti AVMVİB-nin Fəxri fərmanı və Xatirə medalıyla təltif edilib. Bunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidməti adından söz veririk.


Bizə ünvanlanan müraciətdə deyilir:


— Mən, Məmmədov Nurlan Ramiz oğlu Bakı Slavyan Universitetində müəllim vəzifəsində çalışıram. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Vətənimə, dövlətimə və millətimə olan sədaqətim və xidmətim əməllərimin təcəssümüdür.


Mənə qarşı aparılan abırsız və amansız mübarizə üsulları fonunda şərəf və ləyaqətim, işgüzar nüfuzum, fiziki, mənəvi ömrüm, həyatım real təhlükə qarşısındadır. Keçmiş həyat yoldaşım Vəfa Allahverdiyevadan maşa kimi istifadə edən qardaşı, özünü Səbail rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşı kimi qələmə verən Anar Allahverdiyev və onların xalası Sevil Hümmətova bütün iyrənc üsul və variantlardan istifadə etməklə barəmdə qanundankənar cinayət yolu ilə imic və reputasiya “formalaşdırmaqdadırlar”.


Onlar mənim ailəmi dağıtdılar. Azyaşlı övladımı əlimdən aldılar. Anamı onkoloji xəstəyə çevirdilər. Özümü müflis etdilər. Onlar müəllim olaraq halal zəhmətimlə qazandığım məvacibin hamısına sahib çıxmaq və məni həyatdan silmək niyyətindədirlər. Gələcəyə olan inam və ruhumu zəhərləyiblər. Onların bu və ya digər qanundankənar əməlləri barədə güvənib inandığım dövlətimin rəsmi orqanlarına etdiyim şikayətlər, çox təəssüflər ki, santaj karuselində haqq-ədalət axtarır.


Məni məhkəməyə verib əmlak bölgüsü iddiası qaldıran Vəfa Allahverdiyevanın maraqlarını açıq-aşkar üstün tutaraq məhkəmə qərarının iddiaçıya sərf edən hissəsini dərhal icraya yönəldən Abşeron rayon İcra və probasiya şöbəsi Şuşa Rayon Məhkəməsinin 2(077)-22/21 saylı, iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası adından çıxarılmış hökmü icra etmir, yəni mənim mənzilə köçürülməyimi təmin etmir, müxtəlif bəhanələrlə, süründürməçiliklə, məni get-gələ salaraq icra prosesini ləngidir və icra prosesini yerinə yetirməmək üçün əlindən gələni edir. Hər dəfə qəbuluna getdikdə və zəng etdikdə Allahverdiyeva Vəfa Elxan qızına zəng edib onunla məsləhətləşdikdən sonra mənə cavab verə bilən Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru, II dərəcəli ədliyyə qulluqçusu Eltac İskəndərov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək aprel ayından indiyədək mənim mənzilə köçürülməyimlə bağlı heç bir hüquqi tədbir görməmişdir. Artıq mənim tərəfkeşlik nümayiş etdirən bu icra məmuruna inamım qalmamışdır.

Allahverdiyeva Vəfa Elxan qızı öz növbəsində mənim mənzilə köcəcəyim təqdirdə məni şərləyib tutduracağı, övladımın və özünün qanını üstümə tökəcəyi ilə hədələyir və bildirir ki, sən bu mənzilə köçsən, sonra bu evdən sağ çıxa bilməyəcəksən. Ya həbsxanaya saldıracağıq ya da səni elə vəziyyətə salacağıq ki, məcbur intihar edəcəksən.


Qeyd edim ki, Vəfa Allahverdiyevanın qardaşı, özünü Daxili İşllər Nazirliyinin əməkdaşı, polis zabiti kimi qələmə verərək məni dəfələrlə tutduracağı ilə təhdid etmiş və ölümlə hədələmişdir. Allahverdiyevlər ailəsi məni öz yaxın qohumlarına narkotik aludəçisi, xuliqan, qumarbaz və oğru kimi təqdim etmiş, iş yerimdə isə mənim haqqımda həqiqətə uyğun olmayan iftira və böhtanlar uydurub şərəf və ləyaqətimi alçaltmaqla işgüzar nüfuzuma zərbə vurmaqla, bütün iyrənc üsul və variantlardan istifadə etməklə barəmdə qanundankənar cinayət yolu ilə imic və reputasiya “formalaşdırmaqda” və iş yerimdə mənə müxtəlif bəhanələr altında töhmət verdirməklə məni kollektivin gözündən salmaqdadırlar.


Hörmətli Füzuli müəllim,
Hörmətli 81 minlik Vətən müharibəsi veteranı ordusu!


Məhkəmənin qərarının icrasında ədalətsiz yanaşmanın aradan qaldırılmasında, bu işin tərəfsiz və vicdanlı icra məmuruna həvalə olunmasında, Allahverdiyevlər tərəfindən həyatıma qarşı hədə, təhdid və cinayətlərdən qorunub təhlükəsiz həyat yaşamaq hüququmun bərqərar edilməsi üçün bu məsələni ictimailəşdirməyinizi bir müəllim, bir vətəndaş, bir Şuşa məcburi köçkünü və Qarabağ müharibəsi veteranının oğlu olaraq hər birinizdən xahiş edirəm.

Hörmətlə, Məmmədov Nurlan Ramiz oğlu


P.S. İnanırıq ki, adı çəkilən qurumlar məsələyə öz münasibətlərini bildirəcəklər. Sənədlərlə tanış olanda məhkəmənin qərarındakı qərəz gözə girir. Fırıldaqçı vəkillər də Nurlan Məmmədlinin hüquqlarını qorumaq əvəzinə al-ver ediblər. Bu mövzunu geniş surətdə araşdıracaq və aidiyyatlı orqanlardan cavab almağa çalışacağıq…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: