SƏNGƏRDƏN ÇIXAN KEÇMİŞ DÖYÜŞÇÜLƏR «SƏNGƏR XƏSTƏLİYİ»NDƏN ƏZİYYƏT ÇƏKİRLƏR…
Fedai.az 19 mart 2019-cu il
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) «Səngər xəstəliyi» haqqında geniş bilgi verməyimizi xahiş etdi. Bildirdi ki, hazırda bir çox keçmiş döyüşçülər, məhz bu tip xəstəliklərdən əziyyət çəkir. Lakin həkimlərimiz bu xəstəliyə qarşı necə müalicə aparılmasını bilmədiklərini deyə bilərəm.
Biz elmi jurnallarda və internet resurslarından istifadə etməklə bu xəstəlik haqqında maksimum məlumat verməyə çalışacağıq.
Bir sıra xəstəliklər var ki, onlar «Səngər xəstəlikləri» qrupuna daxildir. I Dünya Müharibəsi illərində, dəqiqi 1915-ci ildə Volın yaxınlığında 1 milyon adam “səngər xəstəlikləri”nə yoluxdu. Ona görə bu xəstəlik “Volın lixoradkası” adını alıb. Bartonella bakteriyası daha çox lixoradka, ayaq ağrıları, ekzantema,əzələ ağrıları, bədəndə səpkilər və sümük ağrılarına səbəb olur. Bu xəstəlik kişiləri ömürlərinin çiçəklənən vaxtında tapır. Sadə dildə desək, bu xəstəlik qan-damar sistemlərinin soyuqlaması prosesidir (endapterit). Bu xəstəliyi yanan ağaca da bənzədirlər. Öncə kiçik kapliyarlardan başlanan xəstəlik genişlənir və yayılır.Əsas səbəb döyüşlər zamanı daha çox soyuqda qalmaq və siqaret çəkmək göstərilir. Torpaqla təmas, nəmişlik də xəstəliyin yaranma səbəblərindəndir.
“Səngər xəstəlikləri”nin əlamətləri aşağıdakılardır:
“Xəstəliyin əlamətləri arterial qanın ayaqlara çatmaması, ayaqların tez yorulması ilə özünü biruzə verir. Xroniki hal aldıqda isə axsaqlıq başlayır. Nəbzdə fasilələr, baldırlarda tüklərin tökülməsi, dəridə quruluq, dırnaqlarda dəyişiklik, əzələlərin atrofiyası “səngər xəstəliyinin” əlamətlərindəndir.
Daxili orqanlardan ilk özünü biruzə verən böyrək çatışmazlığıdır. Anti-sanitar vəziyyət və siqaret çəkmək də bu xəstəliklərin yaranmasında mühüm rol oynayır. Limfaderit, limfositoz (qan azlığı), ishal kimi xəstəliklər səngərdə ən çox rast gəlinən xəstəliklərdir. İshallardan sonra xüsusilə xəstəlik keçirmiş şəxsin bədənində ləkələr yaranmağa başlayır. Bizim orduda buna dəqiq diaqnoz qoyulmur. Hərəsi bir müalicə üsulu tətbiq edir. Əslində isə bunun yaranma səbəbi səngər xəstəliyidir. Dünyada bu praktika var. Bu xəstəlik zamanı əsasən spazmatik həblərdən (“No-şpa”, “Papaverin”, “Andokolit” və s.) istifadə olunmalıdır. Qan dövranının tənzimlənməsi üçün B, C, E qrupu vitaminlərindən və bu vitaminlər bol olan yemək rasionundan istifadə olunmalıdır.
Məhz 1915-ci ildə 1 milyon adam bu əlamətlərə xas xəstəliyə yoluxandan sonra araşdırmalar nəticəsində bəlli oldu ki, bunun mənbəyi səngər, torpaqla təmasdır.
Orduda bu xəstəliyin diqqətdə saxlanması vacibdi. Siqaret çəkmək, səngər həyatına dair sanitar göstərişlər, psixiemosianal münasibətlər və s. diqqətdə saxlanmalıdır. Çünki bu gün 1991-1994-cü illər savaşının veteranlarının əksəriyyəti bu xəstəliklərin fəsadları ilə əziyyət çəkməkdədirlər”.
Daha doğrusu, səngər həyatı, daim nəm torpaq, soyuq çəkmələr bu xəstəliyin törədiciləridir. O illərdə, ayaq arteriyalarının daxili iltihabının səbəbi onların daimi soyuqda olmasıdır. Bu gün, ayaqların endarterit ilə xəstələnməsi xəstəliyin başlanmasından xəbər verir. Buna görə ayaqlarınızı isti və quru saxlamaq xəstəlikdən qorunmanın yeganə yolu deyil. Məsələn, siqaret çəkənlər, bu xəstəliyə siqaret çəkməyənlərə nisbətən demək olar ki, 10 dəfə çox tutulurlar. Digər xəstəlik törədən amillər: oturaq həyat tərzi, overeating, diabet, hipertoniya.
Endarterit üçün hansı testlərə ehtiyac var?
1. Dopplerografiya (ultrasəs tiplərindən biri) bu xəstəliyin ən dəqiq testidir. Birincisi, qan axınının sürətini ölçür, ikincisi, damarlarda daralmanın olduğu yerləri müəyyənləşdirir.
2. Ən azı ildə iki dəfə qan laxtalanması analizi vermək lazımdır.
3. Hipertoniya olmadığı təqdirdə belə, arterial təzyiqin həftədə bir dəfə ölçülməsi lazımdır. Onun yüksəlməsi çox təhlükəlidir, endarteritin inkişafını sürətləndirir.
Endartrit müalicəsi üçün rəsmi tibb nə təklif edir? Məsələn, heparin məlhəmindən istifadə olunur. Qan damarlarının spazmları zamanı dözülməz ağrıların qarşısını almaq üçün əzələ genişləndirici dərmanlar təyin edilir.
Antispasmodics (No-shpa, Papaverin), Antiaqreqant (qanı durultmaq üçün), Nikotin turşusu Antiqistaminlər (antiallergik) B, vitamin E, askorbin turşusu vitaminləri. Fizioterapiya müalicəsi: Baroterapiya, balneoterapiya, diadinamik cərəyanlar, bel bölgəsinin diatermiyası, maqnitoterapiya. Həm də qirudotherapiya, fizioterapiya, masaj lazımdır.
Hazırda AVMVİB rəhbərliyi müharibə veteranlarını narahat edən bu xəstəliklərlə mübarizə aparılması və müalicəsi üçün tədbirlər görülməsi üçün plan hazırlayır. Bunun üçün dövlət hərəkətə keçməlidir və bu işdə birgə hərəkət etmək vacibdir. Bu günədək onlarla döyüşçü bu xəstəliklər nəticəsində sıralarımızı tərk edib. Səhiyyə müəssisələrində düzgün diaqnozlar qoyulmayıb. Ona görə də xüsusi təyinatlı poliklinikaların açılması vacibdir.
Mövzuya qayıdacağıq.
AVMVİB Mətbuat Xidməti