23.11.2024

“Caliber”: İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olur

Azərbaycan tərəfi bu ilin avqustunda çoxlu sayda İran yük maşınlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına rəsmi Bakının icazəsi olmadan qanunsuz keçdiyi barədə məlumat əldə edib.

Bundan sonra, bu il avqustun 11-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Səfirə nota verilib və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə edilib.

Düz bir ay keçdi. İran tərəfi bu kimi hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görübmü? Rəsmi Bakının etirazlarını nəzərə alıbmı? Lazımi yoxlamaları həyata keçiribmi? Qətiyyən!

Caliber.Az İrana məxsus yük maşınlarının Bakının kəskin etirazına baxmayaraq Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağa necə davam etdiyini göstərən eksklüziv video görüntülər əldə edib.

Faktlar təkzibedilməzdir. Bəs İran mollaları indi nə cavab verəcəklər? Yenə dostluq barədə danışıb, amma əsla dost kimi davranmayacaqlar?

Ətraflı videoda:

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: