23.11.2024

Qəhrəmanlar ölmür, əbədiyyətə köçürlər

“Mixaylo” ləqəbli döyüşçü Şuşada 5 saat yaralı halda döyüşüb.

«Boyevik» filmlərdə gördüyümüz qəhrəmanlardan heç nəyi ilə fərqlənməyən Mehti, heç nəsiz dik təpəyə dırmaşmağı bacarıb, qida bitəndə çiy qurbağanı yeməklə doyub. Gölün içində də 5-6 saata qədər qala bilib…

Qorxmaz ürəyə sahib olan bu şəxs, əməliyyatların birində 5 silahdaşı ilə, yüksəkliyi ələ alır, lakin güllə yarası alır. Yarasına bint sarıyaraq vuruşur. Digər yaralanmış dostunu da qaynar «xətt»dən götürməyi bacarır.

Ermənilər yüksəkliyi qoyub qaçanda, arxadan kömək gəlir. Lakin çoxlu qan itirdiyinə görə , Mehti həyata gözünü əbədi yumur. Qəhrəmanlar ölmürlər, onlar əbəbiyyən yaşayırlar. Bəzən başqa simada, görkəmdə dünyaya yenidən gəlirlər. Ya da hamısı bir-birinə bənzərdir deyə belə düşünürük.

Hələ Azərbaycan kimi ərənlər diyarında igidlər tükənməz. Bir ölüb min dirilərik. Məsələn Vətən müharibəsində sona qədər savaşan bu igid. Onun adı da, ayaması da bizə tanışdır. O, Şəhid Mehti Şixəliyevdir, ləqəbi də “ Mixaylo”.

Bu ismi daşıyan iki qəhrəmanımız: biri İkinci Dünya müharibəsində şücaət göstərən Mehdi Hüseynzadə, digəri Vətən savaşında qəhrəmancasına şəhadətə ucalan Mehti Şixəliyev.

𝘼𝙡𝙡𝙖𝙝 𝙘ə𝙢𝙞 şəhidlərimizə 𝙧ə𝙝𝙢ə𝙩 𝙚𝙡ə𝙨𝙞𝙣!

Hayat Nur

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: