«Artilleriya atəşinin ustaları» olan artilleriyaçılarımız Bakıya qayıdıb
«Beynəlxalq Ordu Oyunları — 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən «Artilleriya atəşinin ustaları» müsabiqəsində iştirak edən artilleriyaçılarımız avqustun 4-də Bakıya qayıdıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqədə komandamız üçüncü yerə layiq görülüb. Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Əhmədov Namiq «Ən yaxşı məşqçi», gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə «Ən yaxşı heyət» nominasiyalarının qalibləri olub.