19.10.2024

Azərbaycan pilotları Türkiyədə ətrafı tanıma uçuşları keçirib

«TURAZ Şahini-2021» birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərin planına əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

Uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib. Təhlükəsizlik qaydaları çatdırılıb.

Sonra türkiyəli pilotlar F-16 qırıcı təyyarələrində, azərbaycanlı hərbi təyyarəçilər isə Miq-29 və Su-25 təyyarələrində uçuşlar keçiriblər.

Təlimlər davam edir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: