Britaniyadan Qarabağda minalardan təmizlənməyə dəstək

Böyük Britaniya 2-ci Qarabağ müharibəsindən sonra Qarabağ və ətraf ərazilərin minalardan təmizlənməsinə yönələn proqramlara dəstək üçün yarım milyon funt sterlinq (təxminən 1 172 300 AZN) vəsait ayırıb.
Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.
«Britaniaya bərpa işlərinə və dünyanın ən çox çirklənmiş ərazilərinin minalardan təmizlənməsinə kömək etmək üçün 500.000 funt sterlinq ayırıb».
Məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına ayrılan vəsaitlər, Ermənistan və Azərbaycanda minatəmizləmə təşkilatlarını dəstəkləmək üçün istifadə ediləcək.
Böyük Britaniya həm Ermənistanı, həm də Azərbaycanı bütün dünyada minalardan istifadəni ləğv etməyi hədəfləyən Ottava müqaviləsini imzalamağa səsləyir.
Mənbə: BBC