19.10.2024

Türkiyə Müdafiə Nazirliyi: “Qardaşlarımıza xoş gəldiniz deyirik”

Sentyabrın 6-7-də Türkiyənin Konya şəhərində ənənvi «Turaz Şahini” hərbi təlimləri keçiriləcək.


Bu barədə Türkiyə Müdafiə Nazirlilyindən məlumat verilib.


Təlimlərdə iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrnə aid iki ədəd Miq-29 və iki ədəd Su-25 təyyarələri, həmçinin 78 nəfərlik şəxsi heyət artıq Konyaya gəlib.


Nazirliyin sosial şəbəkə səhifəsindən bu barədə məlumat paylaşılıb və «Qardaşlarımıza xoş gəldiniz deyirik”, — yazılaraq qeyd edilib.


Bununla yanaşı, səhifədə Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkə hərbçilərinin Azərbaycanda keçirilən birgə təlim-məşqlərindən də görüntülər dərc edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: