19.10.2024

Ərdoğan azərbaycanlı zabiti mükafatlandırdı

Azərbaycan Ordusunun zabiti Cavidan İsmayılzadə Türkiyə Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Quru Qoşunları Akademiyasından birinciliklə məzun olub.

Zabit Türkiyə komando kursunu dərəcə ilə bitirib.

Beynəlxalq kursant kimi “Səmti Müəyyən Etmə” idman növündə Türkiyə ikincisi və Ordu birincisi medallarına layiq görülüb.

Cavidan İsmayılzadə ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: