23.11.2024

Türkiyə 1 metr qalınlığındakı divarı darmadağın edən «SUPER BOMBA» istehsal etdi

Türkiyə öz mövcud olduğu tarixdə ilk dəfə miniatür bomba istehsal edib. 

Miniatür bomba, havaplatformasıından yüklü daşınma sistemi ilə atılabilən quru hədəflərinə qarşı istifadə olunan İNS və GPS -lə təchiz edilmiş idarəolunan  raket sistemidir.

Türk Silahlə Qüvvələrindən verilən xəbərə görə, 100 km hədəfə uçan bu raketlər güclü zərbə qabiliyyətinə sahibdir.

Bu raketlər 1 metr qalınlığında olan divarı deşib-dəlmək gücünə malikdir.

Türkiyə Milli Müdafiə Sənayesi Türkiyə cumhuriyyəti rəhbərliyi ilə Türk ordusu üçün bu raketlərin istehsalı haqqında müqavilə imzalayıb.

ASELSAN miniatür bomba layihəsi ilə bərabər çoxasqılı daşıma qurğusu hazırlayaraq, Türkiyə Hərbi Hava Qüvvələrinin əsas döyüş təyyarələri olan F-16 qırıcı-bombardmançıları üçün istifadəyə verəcək.Bu asqı sistemlərinə iki blok olmaqla, hər bloka 4 raket yerləşdirmək mümkündür.Təyyarələr bu raketlərlə eyni anda 8 hədəfə qarşızərbə endirməyə sahib ola biləcək.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: