08.09.2024

Zəkiyev bürünc medal uğrunda mübarizəyə başladı

Azərbaycanın paracüdoçusu İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya çempionu yamaykalı Teador Subba ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Zəkiyev bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Onun rəqibi özbəkistanlı Şirin Şaripov olacaq.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: